Xalq artisti Ramiz Novruz Yasamalada, "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.
Metbuat.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.
Qeyd edək ki, Yeni Yasamalda, mərhumun yaşadığı evdə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak edirlər.