"Cini şüşədən çıxardılar": Rusiyanın məğlub olacağını düşünənlər... -

“Müharibəni Qərb başlatdı, biz onu dayandırmaq üçün hər şeyi etdik. Cini şüşədən onlar çıxardılar”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O Federal Məclisdəki çıxışı zamanı bildirib ki, Rusiyanın Ukraynada məğlub olması mümkün deyil. Putinin sözlərinə görə, Qərb dünyanın bir çox yerində xaos və müharibə toxumu səpərək “cini şüşədən çıxarıb”.

“Ukraynaya nə qədər çox uzaqmənzilli silahlar göndərilsə, təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdıracağıq. Ukrayna xalqı bu ölkəni hərbi, siyasi və iqtisadi cəhətdən faktiki olaraq işğal edən Kiyev rejiminin və onun qərbli ağalarının girovuna çevrilib”.

Rusiyaya qalib gəlməyin “mümkünsüz” olduğunu bildirən Putinin sözlərinə görə, Ukrayna ABŞ-ın rəhbərlik etdiyi NATO ittifaqı tərəfindən manipulyasiya edilərək Rusiyanı məğlub edə biləcəyi ilə bağlı yanlış təsəvvürə sövq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR