İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub.

Metbuat.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:11-də qeydə alınıb.

Qeyd edək ki, dünən də sözügedən bölgədə 5,3 maqnitudalı zəlzələ olub.