Film üçün Bakıya gəldi, əri hoteldə faciəvi şəkildə öldü - "Ceyran" indi haradadır?

"Əhməd haradadır?" filmindən Ceyran obrazı ilə tanınan Xalq artisti Nona Paçuvaşvili hazırda oğlu və nəvələri ilə birgə Tbilisidə yaşayır.

Bu yaxınlarda Tbilisidə Rustaveli adına Milli Teatrda Gürcüstanın Xalq artistinin 80 illik yubileyi keçirilib. Hətta "Azərbaycanfilm" kinostudiyası da həmin tədbirdə iştirak edib və N. Paçuaşvilini yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib. Gürcü teatrına bir-birindən fərqli rollar bəxş edən Nona Paçuaşvili 1981-ci ildə Gürcüstanın xalq atristi adına layiq görülür.

Metbuat.az xatırladır ki, o, 1943-cü il oktyabın 2-də Tbilisidə anadan olub. Tbilisi Teatr İnstitutunu bitirəndən sonra Nona Şota Rustavelli adına Dram Teatrına aktrisa kimi işə düzəlib. Nonanı biz "Əhməd haradadır?" filmindəki Ceyran obrazı ilə tanıyırıq.

Rejissor Adil İsgəndərovun səyi ilə Nona Ceyranı canlandırıb. Onların tanışlığına gəlincə, rejissor Tbilisiyə dostu Dodo Aleksidzenin yanına gedib və ona Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə baxmaq istədiyini söyləyib. Paçuvaşvilini də orada görür və ona filmdə oynamağı təklif edir.

Beləliklə Nona Paçuvaşvili Bakıya gəlir və filmə çəkilir.

Əhməd haradadır?” filminin "Ceyran"ı 80 yaşında - FOTOLAR

Filmin çəkilişlərindən bir müddət əvvəl Nona Tamazi adlı şəxslə ailə həyatı qurur. Atası nazir olan Tamazi aktirsa olan həyat yoldaşına işində dəstək olur. Nona Bakıda olan zaman Tamazi onu görmək üçün Bakıya gəlib. Lakin həmin zaman aktirsa həyatının ən çətin günlərini yaşayır. Belə ki, "İnturist" mehmanxanasında səs valları ilə işləyən zaman mikrofonun düyməsini basıb və qəfildən onu elektrik cərəyanı vurub. O anları aktirsa belə xatırlayıb: "Yoldaşım gözümün qarşısında canını tapşırdı. Onda mən hamiləliyimin dördüncü ayını yaşayırdım. Çəkilişlərdən imtina eləmək istəyirdim, çünki çox ağlayırdım. Amma elə o vəziyyətdə də işimi davam etdirdim. Sonra oğlum dünyaya gəldi, adını elə atasının şərəfinə Tamazi qoydum".

"Ceyran" Tamazinin yasını yola verdikdən sonra yenidən çəkilişlərə qayıdıb. Lakin bundan sonra Nona heç bir filmə çəkilməyib.

Qeyd edək ki, 1963-cü ildə lentə alınan "Əhməd haradadır?" filmində rol alan aktyorlar - Əməkdar artist Elxan Qasımov və gürcü aktrisa Nonna Paçuaşvili 59 ildən sonra - ötən il bir araya gəlib.

Sürücü Əhməd və Ceyran

საქციელებით, 80 წლის "ხულიგანი" გამოვდივარ, თუმცა შინაგანად აღარც  მემღერება, აღარც მეცეკვება..." - რას გვიყვება ნანა ფაჩუაშვილი საიუბილეო ...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR