Bayden Kiyevdə olarkən Rusiya raket atıbmış -

ABŞ Prezidenti Co Bayden Kiyevdə səfərdə olarkən Rusiya “Sarmat” raketini sınaqdan keçirib.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat verib. Bildirilir ki, qitələrarası ballistik raketin sınağı uğursuz alınıb. Məlumata görə, Rusiya “Sarmat” raketini sınaqdan keçirəcəyi ilə bağlı ABŞ-a əvvəlcədən xəbərdarlıq etdiyi üçün test tərəflər arasında gərginliyə səbəb olmayıb. ABŞ mənbələri qeyd edir ki, sınaq uğurlu olsaydı Prezident Vladimir Putin fevralın 21-də Federal Məclisdəki çıxışı zamanı raketin uğurla sınaqdan keçdiyindən danışardı.

Qeyd edək ki, 10-15 nüvə başlığı daşıya bilən “Sarmat” raketlərinin mənzili 18 min kilometrdir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR