Qərb bu ölkəni XƏBƏRDAR ETDİ:

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Pekini narahat etməyə başlayıb. Pekin Moskva ilə Kiyev arasında dialoqu bərpa etməyə çağırıb. Bu haqda Çinin BMT-dəki təmsilçisinin müavini Day Bin açıqlama verib. Çinli diplomat tərəfləri danışıqlara başlamaq üçün səmimi olmağa çağırıb.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, Pekinin narahatlığı anlaşılandır.

5 prinsip, Rusiyaya verilən mesaj və Brüsselin müsbət vasitəçiliyi…-

Elxan Şahinoğlu

"Çin müharibəyə neytral qaldığını bəyan etsə də, Pekinin Kremllə yaxınlığı Qərbdə ciddi suallar yaradıb. Amerikalı və avropalı diplomatlar çinli həmkarlarını xəbərdar ediblər ki, əgər Pekin Rusiyaya hərbi texnika göndərsə Çinə qarşı sanksiyalar qəbul olunacaq. Pekin Tehrandan fərqli olaraq Rusiyaya hələ ki, hərbi texnika verməyib. Buna baxmayaraq, Moskva Pekindən silah və hərbi texnika istəyib. Pekin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirməklə yanaşı Qərblə münasibətləri davam etdirmək istəyir. Ona görə də Pekin Ukraynada müharibənin qısa müddətdə bitməsini və ya danışıqlar yoluyla dayandırılmasını istəyir. Pekin Moskvaya və Kiyevə təkliflərini göndərib. Aydındır ki, tərəflər Pekinin təklifini qəbul etməyəcəklər. Rusiya işğalı rəsmiləşdirməyə çalışır. Ukrayna buna razılaşmayacaq".

Pekini narahat edən məsələlərdən birinin də müharibənin atom elektrik stansiyalarına yaxın ərazilərdə davam etməsi olduğunu xatırladan ekspertin fikirlərinə görə, Çin humanitar böhranın yaranmasından təşvişə düşüb.

"Pekin Ukraynada Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyinin artırılmasını tələb edib və bununla bağlı MAQATE-nin təşəbbüslərini dəstəkləyir. Pekin eyni zamanda əvəlkitək Qərbin Rusiyaya qarşı sanksiyalarını tənqid edir. Pekinin fikrincə, sanksiyalar böhranın daha da dərinləşməsinə şərait yaradır. Beləliklə, Pekin müharibəyə görə hamını, o cümlədən Rusiyanı da tənqid edib. Bu tənqid Pekinə ona görə lazımdır ki, ABŞ-ın Çinə qarşı siyasəti sərtləşməsin. Buna baxmayaraq, “Wall Street Journal” dərgisində yayımlanan məqalədə, Çinin Rusiya ilə ticarət əlaqələrini artırdığı yazılıb. Bu o deməkdir ki, əslində Çin müharibədən yararlanaraq Rusiya ticarət əlaqərinin artmasından qazanc əldə edir".

Politoloq qeyd etdi ki, Çin Rusiya hərbi-sənaye kompleksi ilə də əməkdaşlığı genişləndirib. Bu arada, Rusiyanın Çinin Xarbin şəhərində yeni konsulluğu açılıb.

Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR