Zəlzələdə öldüyü "təsdiqlənən" şəxs üzə çıxdı: Yaşadığını sübut etməyə çalışır -

Türkiyədəki zəlzələlər zamanı öldüyü "təsdiqlənən" Furkan Uçar üzə çıxıb.

Metbuat.az xəbər verir ki, onun həyat yoldaşı və 22 aylıq qızı zəlzələ zamanı Hatayda həyatını itirib. Furkan Uçar isə Antalyada olub. Buna baxmayaraq sənədlərdə onunda öldüyü qeyd edilib. Onlayn bəzi əməliyyatlar aparmaq istəyən şəxs, öldüyü barədə xəbərdarlıqla üzləşib. İndi o sağ olduğunu təsdiqləmək üçün bəzi dairələrə müraciət edib. Bildirilir ki, zəlzələdən sonrakı günlərdə o bəzi əməliyyatlar apara bilsə də, indi onun bütün sənədləri dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR