"ABŞ Azərbaycan və Ermənistana üçtərəfli görüş təklifi göndərib" -

"Azərbaycan və Ermənistan tərəfinə üçtərəfli görüş barədə təklif çatdırılıb".

Metbuat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Onun sözlərinə görə, belə görüşlərdə iştirak tərəflərin gündəliyində olmalıdır:

“Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”.

Qeyd edək ki, N.Prays daha əvvəl yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında üçtərəfli görüşün planlaşdırıldığını söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR