​Avropanı həyəcanlandıran tiktok niyə təhlükəlidir? -

Avropa Komissiyasının ardınca Avropa Şurası da Çinin texnologiya şirkətinə məxsus tiktoka qarşı tədbir görüb.

Metbuat.az xəbər verir ki, Avropa Şurası işçilərinə tiktok proqramından iş və şəxsi mobil cihazlarda istifadə etməyi qadağan edib. Məlumata görə, Avropa Parlamentinin də bu barədə qərar qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Komissiyası belə qadağa tətbiq etmişdi. Məlumata görə, Avropa Birliyi təhlükəsizlik məqsədi ilə belə qərar qəbul edib. Bundan əvvəl bir sıra ölkələr dövlət və hökumət işçilərinə tiktokla bağlı qadağa tətbiq edib. Çin firmasına aid olan tiktokun təhlükəsizliyə təhlükə olduğu irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR