"Ukrayna bu ölkəyə hücum edəcək": Rusiya gözləmədiyi yerdən vurulur -

“Ukrayna administrasiyası Moldovada yerləşən və birtərəfli qaydada müstəqilliyini elan edən Dnestryanı bölgəni işğal etmək üçün sərhədə qoşun və silah yerləşdirib”.

Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi belə iddia irəli sürüb. Bildirilib ki, Kiyev Dnestryanı əraziləri işğalı üçün hazırlıqları artırıb. Açıqlamada deyilir:

“Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun hücumunu bəhanə edərək bölgədə təxribat törədəcək. Rusiya Müdafiə Nazirliyi hazırda Dnestryanı sərhəd yaxınlığında Ukrayna qoşunlarının və hərbi-texniki vasitələrinin əhəmiyyətli dərəcədə cəmləşməsini, artilleriya qurğularının atəş mövqelərində yerləşdirilməsini qeydə alır. Bundan əlavə, Dnestryanı bölgə üzərində Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının uçuşlarında artım müşahidə olunub”.

Qeyd edək ki, Rusiyanın dəstəklədiyi Dnestryanı təktərəfli qaydada müstəqilliyini elan edib. Dnestryanı ərazilər Moldovaya məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR