Bu gün Xocalı sakini olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən dinc aksiyanın iştirakçılarını dəstəkləmək üçün buraya gəlmişəm.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocalı sakini Həmayıl Xəlilova deyib.

H.Xəlilova bildirib ki, Xocalı faciəsi zamanı anasını, atasını və 4 yaşlı bacısını itirib. Onlar bu gün aksiya iştirakçıları ilə birlikdə həm ekocinayətə son qoyulması ilə bağlı, həm də Xocalıya ədalət şüarları səsləndiriblər.