Avtomobilinə ziyan vurulan və hücuma məruz qalan Nigardan

Ötən gün yolu kəsilərək avtomobilinə ziyan vurulan "Avroviziya" təmsilçimiz müğənni Nigar Camal açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, sənətçi baş vermiş hadisədən sonra izahat və şikayət ərizəsi yazdığını və hüquq-mühafizə orqanlarının yaşadığı hadisəyə düzgün hüquqi qiymət verəcəyini bildirib: "Ötən gün şikayətimdən sonra məsələ dərhal nəzarətə götürüldü. Bu gün isə izahat və şikayət ərizəsi yazdım. Hazırda məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir. Məsələyə düzgün hüquqi qiymət veriləcəyindən əminəm. Belə həssas bir məsələdə yardım əlini gözlədiyimdən də tez uzatdığı üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına, həmçinin, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Azərbaycan xanımına və vətəndaşına yüksək dəyər nümayiş etdirdikləri üçün minnətdaram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR