Ronaldinyo Media Liqasında debüt etdi

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo İspaniya Media Liqasında debüt edib.

Metbuat.az xəbər verir ki, o, "Prosinos"un heyətində Krallar Liqasının (Media Liqası) 8-ci turunda "Pio" ilə matçda meydana çıxıb. Ronaldinyo ilk hissənin 5-ci dəqiqəsində kapitan sarğısını alaraq ehtiyatdan meydana daxil olub.“Marca”nın yaydığı məlumata görə, oyunun onlayn platformalarda yayımını ümumilikdə bir milyondan çox insan izləyib.

Krallar Liqası "Barselona"nın sabiq futbolçusu Jerar Pike tərəfindən təşkil olunur. Bu yarışdakı oyunlar 40 dəqiqəlik müddətdə olur. Həmçinin çempionatdakı komandalarda şou-biznes ulduzları, məşhurlar iştirak edirlər.

Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə 37 yaşında rəsmi şəkildə karyerasını başa vurmuşdu. 42 yaşlı yarımmüdafiəçi fevralın 24-də futbola qayıdıb və "Prosinos"a keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR