Mədəniyyət nazirinin müavinləri vəzifələrindən

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, nazirliyin mətbuat xidməti xəbəri təsdiqləyib.

Xatırladaq ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, xəbəri ilk "Qafqazinfo.az" saytı verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR