Messi QƏRARINI VERDİ -

PSJ-nin hücumçusu Lionel Messi gələcək karyerası ilə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, Argentinalı forvard Avropada qalmaq və ən yüksək səviyyədə çıxışını davam etdirmək istəyir. O, “İnter Mayami”, “Nyuels Old Boyz” və dünən ortaya çıxan “Əl-İttihad” variantlarını istisna edir.

Messi PSJ ilə müqaviləni yeniləmək niyyətindədir. Sadəcə, o, hələ 1, yoxsa 1+1 illik sözləşməyə imza atacağını qətiləşdirməyib.

Futbolçu 2021-ci ildən PSJ-də çıxış edir. Onun Fransa klubu ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Argentinalı bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR