Əfsanəvi caz artisti vəfat etdi

Əfsanəvi caz sənətçisi Ueyn Şorter martın 2-də 89 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, Los-Ancelesdə dünyasını dəyişən məşhur caz ifaçısı saksafon ustası olub və 20-ci əsrin caz musiqisinin formalaşmasında mühüm rol oynayıb. 12 dəfə "Qremmi"mükafatı alan sənətçi Miles Davis, Carlos Santana və Herbie Hancock kimi musiqiçilərlə çalışıb.

Mətbuat sözçüsü Şorterin ölüm xəbərini sosial şəbəkədə açıqlayıb. Acı xəbər caz aləmində böyük kədərə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR