Ucarda avtomobil su arxına aşdı -

Ucarda baş verən avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, "Mercedes"də olan 4 nəfər Kəlbəcər rayon sakinləri 1964-cü il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-
cu il təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarovadır. "Hyundai"da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 xanım isə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR