Ronaldonun “Messi səndən yaxşıdır” deyən uşağa cavabı gündəm oldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldonun “Əl-Batin”lə oyunun fasiləsində uşaqla dialoqu dünya mətbuatında gündəm olub.

Metbuat.az xəbər verir ki, ilk hissədən sonra hesab 1-0 rəqibin xeyrinə olub və Ronaldo ilk hissədə boş qapıya dəqiq zərbə vura bilməyib. Bildirilir ki, oyunun fasiləsində azarkeşlər arasında olan uşaq Ronaldoya "Messi səndən yaxşıdır" deyib. Ronaldonun "Get ona bax, get buradan" dediyi iddia edilsə də, əslində belə olmadığı məlum olub.

Bildirilir ki, əslində Ronaldo həmin vaxt "Asan oyundur, lənətə gəlmiş sadə oyundur" deyə qışqırıb. Ronaldo uşağa cavab verməyib, o, öz oyununa etiraz edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR