"Dəli Kür"ün son vəziyyəti narahatlıq yaradır -

Kür çayında suyun səviyyəsi kəskin azalıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılır . Xüsusən, çayın Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində quruma hiss olunur.

Qeyd olunur ki, bu səbəbdən hazırda həmin rayonların Kür çayı boyunca yerləşən kəndlərində ciddi içməli su problemi yaşanır.

Sakinlər bildirir ki, bu problem yaxın vaxtlarda əkin sahələrində ciddi təhlükə yaradacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR