Modriç Xorvatiya millisinə dəvət aldı

Xorvatiya millisinin 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç 37 yaşlı Luka Modriçə də dəvət göndərib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Yığmaya 25 oyunçu çağırılıb.

Qeyd edək ki, Xorvatiya millisi martın 25-də Uelslə, 28-də isə Türkiyə ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR