Azərbaycanlı gənc İrana getdikdən sonra yoxa çıxıb

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərli İrana getdikdən sonra yoxa çıxıb.

Metbuat.az xəbər verir ki, artıq Fərid Səfərlinin tapılması üçün rəsmi qurumlara müraciət edilib.

26 yaşlı Fəridin anası Dilarə Əsgərova bildirib ki, Fərid bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İrana gedib:

"5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur".

Fəridin dostu Vasif Məhərrəmli həmçinin qeyd edib ki, fevral ayının 20-də Fəridin İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur: "Bu barədə heç kimə məlumat vermədiyi üçün dəqiq məlumatımız yoxdur. Mart ayının 4-də Almaniyadakı ev yoldaşlarına İranda olduğunu bildirmiş, kartının işləmədiyini və ona bilet almalarını xahiş etmişdir. O gündən sonra Fəriddən bir daha xəbər alınmayıb. Fəridin Türkiyəyə giriş etmədiyi ilə bağlı məlumatımız var. Bilet Tehran - İstanbul - Berlin reysi üçün alınıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR