100 milyonluq seçim -

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe bu yay böyük məbləğdə pul mükafatı ala bilər.

Metbuat.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun müqaviləsində sadiqlik bonusu var.

Forvard yay transfer dönəmində Paris təmsilçisini tərk etməsə, 100 milyon avro alacaq.

Komanda UEFA Çempionlar Liqasını qazansaydı, Mbappenin sözləşməsi avtomatik yenilənəcəkdi. PSJ turnirin 1/8 final mərhələsində Almaniya "Bavariya"sına uduzub - 0:1:0:2.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün yarışlarda 31 oyuna çıxıb, 30 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR