Azərbaycan xalçaları ABŞ-də sərgilənəcək

Bu il və gələn il ABŞ-nin bir sıra ştatlarında Azərbaycan xalçalarının sərgisi və satışı təşkil olunacaq.

Metbuat.az-a "Azərxalça" ASC-dən bildirilib ki, "Azərbaycan xalçaları" adlı sərgilər səhmdar cəmiyyətinin ABŞ-Azərbaycan Ticarət Palatası ilə əldə etdiyi razılığa əsasən baş tutacaq. İlk sərgi martın 27-də Palatanın ofisinin qalereyasında baş tutacaq. Həm klassik, həm də müasir üslubda sərgilənəcək xalçalarla Azərbaycanın zəngin mədəni irsi hər kəsə təqdim olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR