İdmançımız Roma Açıq Avropa turnirində bürünc medal qazandı

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.

Azərbaycan Cüdo Federasiyasından Metbuat.az-a bildirilib ki, cüdoçumuz Kənan İsmayılov (-60 kq) yarışı 3-cü yerdə başa vurub. O, bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.

Digər bir cüdoçumuz İbrahim Əliyev (-73 kq) isə yarışı 7-ci yerdə tamamlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR