7 qolluq oyun - VİDEO

İtaliya A seriyasında "Roma" evində "Sassulo"ya 3:4 hesabı ilə uduzub.

Metbuat.az xəbər verir ki, sarı-qırmızılılar bununla da liqada 7-ci məğlubiyyətini alıb. Metbuat.az xəbər verir ki, qonaq komanda Lauryentenin 13 və 18-ci dəqiqələrdə vurduğu qollarla önə keçib. Zalevskinin qolu ilə hesab 1-2 olub. 45+3-də “Roma”nın futbolçusu Kumbulla cərimə meydançasında etdiyi hərəkətə görə penaltiyə səbəb olub və birbaşa qırmızı vərəqə alıb. 45+4-də “Sassuolo”nun futbolçusu Berardi qonaqların 3-cü qolunu vurub.

Dybala 50-ci dəqiqədər fərqi 1-ə endirsə də, “Sassuolo”dan Pinamonti 75-ci dəqiqədə top fərqini yenidən 2-yə çatdırıb. 90+4-də Veynaldum “Roma”nın üçüncü qolunu vurub. 3:4 hesabı ilə uduzan "Roma"nın 47 xalı var. Sassuolo xalını 33-ə yüksəldib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR