Futbol oyunu zamanı dəhşət yaşandı -

Keniyada "Manyansi" və "Gianchore" futbol komandaları arasında keçirilən oyun zamanı faciə baş verib.

Metbuat.az xəbər verir ki, meydana ildırım düşüb. Nəticədə həriki komandadan bir futbolçu ölüb. Xəsarət alan iki futbolçu isə xəstəxanaya aparılıb. Keniya Futbol Federasiyasının məlumatına görə, komandalar yoldaşlıq oyunu üçün bir araya gəlibmiş. Faciədən sonra digər futbolçular təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edək ki, Afrikada futbol oyunları zamanı bundan əvvəl də oxşar təbii fəlakət baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR