Türkiyə rəsmisi Avropa Parlamentindən Azərbaycana təşəkkür etdi

Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altun Avropa Parlamentində çıxışı zamanı fevralın 6-da ölkəsində baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı dəstəyinə görə Azərbaycana təşəkkür edib.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, Avstriyadan Azərbaycana, Yaponiyadan Yunanıstana, ABŞ-dan Ukraynaya, İsraildən Almaniyaya, Cənubi Koreyadan Qətərə, Rusiyadan İspaniyaya qədər bir çox ölkələrin Türkiyənin çağırışına müsbət cavab verdiyini bildirib.

“Atalarımız deyiblər ki, “dost pis gündə tanınar”. Biz dəstək göstərən bütün ölkələrə təşəkkür edirəm. Dünyamızı təhdid edən pandemiya, silahlı toqquşma və təbii fəlakətlərin qlobal fəsadlarının azaldılması üçün beynəlxalq əməkdaşlıq modelini inkişaf etdirməliyik”, - F.Altun vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR