Pərdənin açıq olduğunu unutdular -

Türkiyə millisinin və "Trabzonspor" klubunun ulduz futbolçusu Dorukhan Toköz sosial media fenomeni Pelinay İgitlə eşq yaşamağa başlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu restoranların birində sevgilisi ilə öpüşərkən görüntülənib. Milli futbolçu və Pelinay İgit restoranda şam yeməyi yeyiblər. Yeməkdən sonra uzun müddət məkanı tərk etməyən və söhbət edən Dorukhan Toközlə Pelinay İgitin şən olması diqqətdən qaçmayıb. Dorukhan Toköz ayağa qalxaraq sevgilisi Pelinay İgiti tez-tez öpüb. Həmçinin gənc sevgililər sosial media hesablarında da sevgili olmaları barədə paylaşım ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR