Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsində yeni təyinat

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub.

Metbuat.az xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin əmri ilə sözügedən vəzifəyə Aqaəli Cəlilov təyin edilib.

Qeyd edək ki, Cəlilov Aqaəli Mürsəl oğlu 6 noyabr 1962-ci il tarixdə Şəkinin Qoxmuq kəndində anadan olub.1980 – 1984-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 2011-ci ildən M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin xalq teatrının rejissoru vəzifəsində çalışıb. 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR