Azərbaycanlı şagirdlər Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alıblar.

Metbuat.az xəbər verir ki, Fidan Qarayeva Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi, Dəniz Səttarlı isə Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdidir.

Qeyd edək ki, Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olublar.