Şoyqu ABŞ PUA-sını düşürən pilotları mükafatlandırdı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qara dənizdə ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının düşməsinə səbəb olan Rusiya döyüş təyyarələrinin pilotlarını mükafatlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Açıqlamada Şoyqunun ABŞ PUA-sının Rusiya sərhədlərini pozmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını mükafatlandırdığı bildirilib. Məlumatda deyilir ki, ABŞ-a məxsus MQ-9 tipli PUA-nın “müvəqqəti status zonası”nı pozaraq Qara dənizə düşüb.

Qeyd edək ki, Rusiya Ukraynadakı “xüsusi hərbi əməliyyat” səbəbiylə beynəlxalq standartlara uyğun olduğunu irəli sürərək “müvəqqəti status sahəsi” elan edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR