Biləsuvarda minik avtomobil ilə motosiklet toqquşub, ölən var

Biləsuvarda minik avtomobil ilə motosiklet toqquşub, ölən var
14:05 19 Yanvar 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
APA-nın Daxilİ İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini İntiqam Bəhramovun idarə etdiyi "Opel" markalı avtomobillə kənd sakini Dəyanət Sahilovun idarə etdiyi "Minsk" markalı motosiklet toqquşub. Nəticədə D.Sahilov hadisə yerində ölüb.
 
Baş Dövlət Yol Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR