Cavan Zeynallının xanımının ölümünə səbəb ilbiz olub? -

Xalq artisti Cavan Zeynallı dünyasını dəyişən həyat yoldaşı Röya Zeynalovadan danışıb.

Metbuat.az xəbər verir ki, "Günün sədası" verilişində qonaq olan caz ifaçısı xanımının 5 ay yataq xəstəsi olduğunu deyib.

"Röya 5 ay xəstəxanalar gəzdi. Mən də onunla qalırdım xəstəxanada. Həkimlər dedi ki, bir az keçsin, oturacaq. Nə gəzirdi, nə otururdu. 5 ay uzanıqlı qaldı. Evə gəlmək istədi, gətirdik. Həkimlər evə gəlirdilər, müalicə, masaj edirdilər. Yemək yemirdi".

Aparıcı Nanə Ağamalıyeva bildirib ki, Röya Zeynalovanın dünyasını dəyişməsinə səbəb bədəninə ilbiz qoyulması olub:

"Efirdəyik, evdə olsaydıq danışardım. İndi bizə milyonlarla insan baxır, olmaz. Çox şey ürəyimdədir", - deyə C.Zeynallı cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR