Nərimanovun heykəlinin sökülməsinə Sabir Rüstəmxanlıdan

"Nərimanovun Naxçıvandakı heykəlini sökdürənlər sabah da Bakıdakı heykəlinin sökülməsi məsələsini qaldıracaqlar".

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Nəriman Nərimanovun Naxçıvanda olan abidəsinin sökülməsinə münasibət bildirərkən qeyd edib.

“Nərimanov mürəkkəb tarixi şəraitdə, erməni-rus bolşeviklərinin əhatəsində Azərbaycanın mövqeyini kifayət qədər əzmkarlıqla qoruyub. Sovet dövründə kommunistlər uzun müddət onun adına yasaq qoydular. Heydər Əliyevin vaxtında Bakıda Nərimanovun heykəli qoyulanda ermənilər Moskvaya yazırdılar ki, Azərbaycanda Nərimanovşina dövrü başlanıb. İndi Nərimanova qarşı çıxanların o kommunistlərdən və ermənilərdən nə fərqləri var?”, - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR