Rusiya Finlandiyanın NATO-ya qəbul edilməsinə belə cavab verəcək

Rusiya Finlandiyanın NATO-ya daxil olmasına Qərb və Şimal-Qərbdəki hərbi potensialını gücləndirməklə cavab verəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi dairələri məlumat yayıb. Bildirilib ki, Rusiya Qərb və Şimal-Qərbdəki qüvvələrin sayını artıracaq.

Qeyd edək ki, Finlandiyanın NATO-ya qəbul edilməsi rəsmiləşmək üzrədir. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın alyansın 31-ci üzvü elan ediləcəyini və bayrağının NATO-nun mənzil-qərargahına dalğalanacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR