Bu gün Tramp hakim qarşısına çıxacaq

Bu gün ABŞ-nin sabiq prezidenti Donald Trampın məhkəməsi olacaq.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Tramp Floridadakı malikanəsindən Nyu-Yorka yola düşüb.

Qeyd edilir ki, Donald Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.

Xatırladaq ki, Nyu-York məhkəməsinin hakimləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb. Təhqiqatçıların fikrincə, Stormi Daniels siyasətçi ilə iddia edilən əlaqəyə dair "sükut" üçün pul alıb. Manhetten prokuroru ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR