5 il nazir postunda olan İnam Kərimov kimdir? -

Xəbər verdiyimiz kimi, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilib.

Ali Məhkəmənin sədri postu bir aydır ki, boş idi. Əvvəlki sədr Ramiz Rzayevin səlahiyyət müddəti ötən ay bitib.

Metbuat.az Ali Məhkəməninin yeni sədrinin dosyesini təqdim edir:

İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib və 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.

1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002- ci illərdə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb, 2004-2012- ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifələrində çalışıb.

2005-2012- ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub. 2005-2012- ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub.

İngilis, fransız, fars və rus dillərini bilir.

Evlidir, iki övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR