Bakıda “Qalatasaray”lıları yaxından görmək üçün

““Qalatasaray”ın məşqçi və futbolçuları ilə görüşmək həvəsinə düşən bir neçə azarkeş həmin gün üçün “Fairmont”da otaq kirayələmişdi. Bu haqda məlumatı sonradan otel işçilərindən əldə etdik. Sanki qonaq qismində gəliblər, amma məqsəd məşqçi və futbolçuları hollda, dəhlizdə, yeməkxanada görmək imiş”.

Metbuat.az xəbər verir ki, bunu “Cansports Travel&Consulting”in təsisçisi və rəhbəri, “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov sportinfo.az-a müsahibəsində deyib.

Jurnalistin fanataların "Qalatasaray"ın futbolçuları ilə görüşmək istəklərinə çatıb-çatmaması ilə bağlı sualına isə N.İbrahimov belə cavab verib:

"Yəqin ki, istəklərinə çatıblar. Həm komanda üzvləri, həm də həmin şəxslər otelin qonağı hesab olunur. Belədə otelin müxtəlif yerlərində, mərtəbələrində üz-üzə gəlmələri normaldır. Hər nə qədər mühafizə olunsalar da, otelin daxilində fərdlər ayrı-ayrılıqda qorunmur. Yəni söhbət təkcə futbolçulardan getmirdi. Həmin gün “Fairmont”da klub rəhbərliyi, eləcə də Türkiyənin tanınmış ictimai-siyasi şəxsləri də məskunlaşmışdı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR