Gəlinin keçmiş sevgilisi bəyin otağında dəhşət törətdi - FOTO

Hindistanda toy hədiyyəsinin içindəki bombanın partlaması nəticəsində bəy və qardaşı dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, toy hədiyyəsinə partlayıcının gəlinin keçmiş sevgilisi tərəfindən qoyulduğu iddia edilib. BBC-nin xəbərinə görə, partlayış Çhattisqarh əyalətinin Kabirdham rayonunda yeni evlənən cütlüyün evində baş verib. Partlayışda bəy və qardaşı həlak olarkən, 18 aylıq körpə də daxil olmaqla 4 nəfər yaralanıb. Məlumata görə, partlayışın baş verdiyi otağın divarları və evin damı uçub.

Polis bomba qoyulmuş toy hədiyyəsinin gəlinin keçmiş sevgilisi tərəfindən göndərildiyini bildirib. Polisin sözlərinə görə, keçmiş sevgili 33 yaşlı Sarju Markam 29 yaşlı gəlinlə keçmişdə münasibətdə olduğunu irəli sürərək, onun ikinci həyat yoldaşı olmasında israr edib. Qadının ailəsi isə bu evliliyə qarşı çıxıb. İstintaq çərçivəsində keçmiş sevgilisi Markam Madhya Pradesh ştatında saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR