"Səhliyalı" kolbasalarının içində mal əti

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.

Metbuat.az xəbər verir ki, açıqlanan siyahıda tanınmış kolbasa istehsalçısı "Səhliyalı"nın adı da qeyd olunub.

Belə ki, "Səhliyalı" əmtəə nişanlı yarım hisə verilmiş "Servelat" kolbasasında toyuq DNT-si aşkarlanıb. Buna baxmayaraq kolbasa satışa buraxılan zaman üzərində mal ətinin olduğu qeyd olunub.

Bundan başqa, "Səhliyalı"ya məxsus "Halal 5+" əmtəə nişanlı "Sacüstü" halal sosiskasının üzərində də mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb.

Sehri Məmmədova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR