Mourinyoya futbol tarixinin ən böyük təklifi edildi

Səudiyyə Ərəbistanından "Roma"nın baş məşqçisi Joze Mourinyoya təklif göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat verib. Bildirilir ki, Mourinyo ilə Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri əlaqə saxlayıb. İddialara görə, portuqaliyalı mütəxəssisə iki illik müqavilə ümumilikdə isə 120 milyon avro məvacib təklif ediblər. Bildirilib ki, Joze Mourinyoya 3 komanda təklif edilib. Həmin komandalar Səudiyyə Ərəbistanı milli komandası, Kriştiano Ronaldonun çıxış etdiyi “ Əl-Nəsr” və ya ölkənin ikinci divizionunda çıxış edən “ Əl-Əhli”dir.

Baş məşqçi onlardan istədiyi birini seçə bilər. Joze Mourinyo təklifi qəbul etsə, futbol tarixinin ən çox maaş alan məşqçisi olacaq. Mourinyonun qəbul edə biləcəyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR