Naxçıvanda iki avtomobil toqquşdu -

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, iki avtomobilin toqquşması bir nəfərin xəsarət almasına səbəb olub.

Hadisə zamanı 1985-ci il təvəllüdlü Culfa rayon sakini Heydərova Şəbnəm Şiraz qızı xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR