Gizlicə 40 min raket vermək istəyiblər -

Misirin Rusiyaya verməyi planlaşdırdığı gizli hərbi dəstəyin detalları yayımlanıb.

Metbuat.az xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi Rusiyaya kömək etməyi tapşırıb, lakin Qərblə problem yaşamamaq üçün planlar gizli saxlanılıb. Məlum olub ki, Misir Rusiyaya 40 min raket istehsal edib göndərməyi planlaşdırıb. Qeyd edək ki, bununla bağlı detallar “Washington Post” qəzetində dərc edilib. ABŞ mediası yazır ki, Misirlə bağlı sənədlər doğrudursa, ABŞ Misirlə münasibətləri dayandıra bilər.

Qeyd edək ki, Rusiya iddiaları rədd edib. Kreml sözçüsü Dmitri Peskov bildirib ki, KİV-lərdə dərc edilən məlumatlar həqiqəti əks etdirmir. Peskovun sözlərinə görə, belə əsassız məlumatlar tez-tez KİV-lər dərc edilir və belə xəbərləri diqqətə almaq olmaz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR