Şəhid atası:

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Şəhidlərimiz Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur.

Metbuat.az xəbər verir ki, əslən Saray qəsəbəsindən olan şəhid Vidadi Zalovun atası Nizami Zalov bildirib ki, oğlu Vətənini çox sevirdi:

"Vətəninə, ata, anasına qarşı sadiq oğul idi. Bizdən çox Vətənini sevirdi. Ali təhsilli, yaxşı işdə işləyirdi. Məndən xəbərsiz könüllü gedib hərbi xidmətə yazılıb. 4 il XTQ-də işlədi, sonra Quru Qoşunlara keçdi. Həmişə deyərdi ki, Vətənin bu ağır günündə kostyum geyinib, qalstuk taxıb hansısa stulda otura bilmərəm".

Qeyd edək ki, Vidadi Zalov 17 iyul 1985-ci ildə Saray qəsəbəsində anadan olub və Saray qəsəbəsi 2 saylı məktəbi bitirib. O, 2003-2007-ci illərdə UNEC-də "Maliyyə" ixtisası üzrə təhsil alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR