İran yardım adı altında bölgəyə silah göndərib

Fevralın 6-da baş verən güclü zəlzələdən sonra İran humanitar yardım adı altında Suriyaya silah göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Bildirilir ki, Dəməşq rəhbərliyinə dəstək verən İran yardım ləvazimatlarına bənzəyən qutularda silah və hərbi texnikalar gizlədilib. Röytersə danışan mənbələr bildiriblər ki, silahların göndərilməsində məqsəd İranın Suriyada İsrailə qarşı müdafiəsini artırmaq və Suriya lideri Bəşər Əsədin mövqeyini gücləndirməkdir.

Qeyd edilir ki, zəlzələdən sonra yüzlərlə İran təyyarəsi Suriyanın Hələb, Dəməşq və Latakiya hava limanlarına yardım daşımaq bəhanəsi ilə uçub. Silahlardan əlavə, İran Suriyaya qabaqcıl rabitə vasitələri, radar sistemləri göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR