İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən dəstə üzvləri saxlanılıb

İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən dəstə üzvləri saxlanılıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin əməkdaşlarının birgə keçirdiyi növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar.

Tədbir zamanı Ülzan İsmayılov, Ervin Məmmədov, Rəşad Budaqov və Elşən Məmmədov Masallı rayonu ərazisində tutulublar. Bu şəxslərdən və onlara məxsus nəqliyyat vasitəsindən ümumilikdə 11 kiloqram müxtəlif xassəli narkotik vasitə aşkar edilib. Dəstə üzvləri narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR