Professor Ədalət Tahirzadə Elçibəyə aid Azərbaycan Respublikası vətəndaşının ilk şəxsiyyət vəsiqəsi nümunəsi hesab edilə biləcək sənədin surətini paylaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə Pənah Hüseyn öz feysbuk hesabında yazıb: "Əlavə edim ki, Prezident seçiləndən sonra Ə. Elçibəy dərhal milli kimlik sənədlərinin hazırlanması tapşırığını vermişdi və iş başlanmışdı. Bu istiqamətdə baxılan başqa bir sənəd nümunəsinin də surətini təqdim edirəm".

