Rusiyanın Sakit Okean donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sakit Okean donanmasında yoxlamalar keçirib. Məlumatda deyilir ki, müdafiə qabiliyyətini təkmilləşdirmək məqsədi ilə keçirilən yoxlamalar çərçivəsində Sakit Okean donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. “Ria novosti”nin məlumatına görə, Şoyqu bəyan edib ki, yoxlamanın əsas məqsədi Silahlı Qüvvələrin okean və dəniz istiqamətindən mümkün düşmən hücumunu dəf etmək qabiliyyətini artırmaqdır.

Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Hərbi Dəniz Qüvvələrinin təlimlər çərçivəsində təlim bölgələrinə yerləşdiriləcəyini və döyüş təlimləri keçirəcəyini bildirib.