​Dəb dünyasının tanınmış siması Elvira Yankovska

Rusiyalı fashion stilist, influencer, işgüzar xanım Elvira Yankovskaya öz sahəsinin nüfuzlu simalarındandır.

Zirvəyə gedən yol uzun və çətin aşırımlardan keçir. 17 illik təcrübəyə malik peşəkar stilist Moskvada Ali Stilistika Məktəbi və Istituto Marangoni Milan məktəbinin məzunudur.

"İlin stilisti 2021"seçilən dizayner yeniyetməlik illərindən özünü bu sahəyə aid hiss edir. Bir markanın sərgisi ilə ulduzu parlayan dizayner, karyerasının ilk təklifini Almaniyadan alır. Bir alman şirkətdən iş birliyi təklifi alır və işə başlayır. Bu, istedadını göstərmək üçün əla fürsət idi. Bu müddət ərzində sıfırdan kosmetik brend yaradır, "Betty Barclay" geyim mağazalar şəbəkəsini təsis edir, məşhurların geyim brendini dizayn edir.

Bu gün artıq o, sadəcə stilist deyil, yaratdığı unikal obrazlar və ideyalarla dünyaya və insanlara fərqli gözlərlə baxmağı bacaran rəssamdır.

Nüfuzlu stilist, 17-18 Mart 2023-cu ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Well Known Fashion Stylist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR