Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) sədrliyi daha iki il uzadılıb.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib:

"Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə üzv dövlətlərə təşəkkür edirəm".